Tibbi xəbərlər
Ötən altı ay ərzində Azərbaycanda İİV-ə yoluxanların
Tibbi xəbərlər
491

Ötən altı ay ərzində Azərbaycanda İİV-ə yoluxanların sayı açıqlanıb

Ötən altı ay ərzində Azərbaycanda 736 nəfər İİV-ə (İnsanın immunçatışmazlığı virusu) yoluxub.

E-saglam.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu məlumat yayıb.

Qeyd olunub ki, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur.

Belə ki, ötən 6 ay ərzində İİV-ə 736 nəfər yoluxub. Onlardan 723 nəfəri Azərbaycan vətəndaşı, 13 nəfəri isə əcnəbi olub. Azərbaycan vətəndaşları arasında 33 nəfəri (5,4%-i) inyekson narkotik istifadəçiləri olub.

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun