Tibbi xəbərlər
Ötən ay 23 aptekdə yoxlama aparılıb,
Tibbi xəbərlər
308

Ötən ay 23 aptekdə yoxlama aparılıb, 3-də nöqsan aşkarlanıb

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi iyun ayı ərzində 23 aptekdə yoxlama aparıb.

Bu barədə E-saglam.az-a mərkəzdən məlumat verilib.

Qeyd olunub ki, Bakı şəhəri üzrə 20, respublikanın digər şəhər və rayonlarında isə 3 aptek olmaqla ümumilikdə 23 aptekdə yoxlama aparılıb. 21 aptekdə planlı, 1 aptekdə plandankənar və 1 aptekdə yoxlamadan kənar təftiş aparılıb. Yoxlamalar zamanı 3 aptekdə nöqsanlar aşkarlanıb.

İnzibati Xətalar Məcəlləsinin 210.1, 452.3 maddələri üzrə protokollar tərtib edilib.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun