Tibbi xəbərlər
Peyvənd olunanların sayı açıqlanıb
Tibbi xəbərlər
179

Peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan peyvəndlərin sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə 29 515 vaksin vurulub.

Belə ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 565, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 201, buster doza üzrə vaksinasiya olunanların sayı isə 24 749 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 905 588, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 222 566, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 739 905, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 946 117 təşkil edir.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun