Tibbi xəbərlər
Peyvənd olunanların sayı açıqlanıb
Tibbi xəbərlər
170

Peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 2 123 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan E-saglam.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 326, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 181, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1 438, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 178 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 728 289, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 348 519, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 849 400, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 284 160, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 246 210 nəfər təşkil edir.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun