Tibbi xəbərlər
Peyvənd olunmuş insanlarda özünü göstərən koronavirus simptomu müəyyən edilib
Tibbi xəbərlər
166

Peyvənd olunmuş insanlarda özünü göstərən koronavirus simptomu müəyyən edilib

Avropada COVID-19-a yoluxanların sayı artmağa başlayıb. Koronavirusun simptomları peyvənd edilmiş insanlarda da görünür.

E-saglam.az xarici KİV-ə istinadən xəbər verir ki, “ZOE Health Study” tədqiqatçıları aşılanmış insanlar arasında ən çox rast gəlinən bir simptom aşkar ediblər.

Bildirilib ki, tam peyvənd olunmuş şəxslərdə COVID-19-un əlamətdar simptomu asqırmadır.

“Əgər aşılanmısınızsa və izah edilməyəcək qədər çox asqırmağa başlamısınızsa, xüsusən də xəstəlikdən daha çox risk altında olan insanların yanında yaşayırsınızsa və ya işləyirsinizsə, COVID-19 testindən keçməlisiniz”, - araşdırmaçılar vurğulayıb.

Qeyd edək ki, Avropa ölkələrində son sutkada 44 471 koronavirusa yoluxma faktı aşkarlanıb. Eyni zamanda xəstəlik 160 nəfərin həyatına son qoyub. /Report

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun