Tibbi xəbərlər
Qırğızıstanın səhiyyə naziri saxlanıldı
Tibbi xəbərlər
192

Qırğızıstanın səhiyyə naziri saxlanıldı

Qırğızıstanın səhiyyə naziri Alımkadır Beyşenaliyev saxlanılıb.

E-saglam.az xəbər verir ki, bu barədə ölkə Baş Prokurorluğun mətbuat xidməti bildirib.

Qırğızıstan Çin, Rusiya, Azərbaycan, Qazaxıstan və beynəlxalq təşkilatlardan koronavirus əleyhinə pulsuz vaksinlər alsa da, nazirin göstərişi ilə 2021-ci ildə xarici şirkətlərdən əsassız olaraq daha 2 milyon 460 min doza vaksin alınıb.

Həmin vaksinlər üçün ödənilən məbləğ isə ofşor hesaba köçürülüb.

Alımkadır Beyşenaliyev və Səhiyyə Nazirliyin bir qrup əməkdaşının büdcəyə zərər vurduğu müəyyən olunub.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun