Tibbi xəbərlər
Quduzluğa qarşı vaksin neçə dozada vurulur?
Tibbi xəbərlər
245

Quduzluğa qarşı vaksin neçə dozada vurulur?

Quduzluğa qarşı vaksin neçə dozada vurulur?

E-saglam.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi Təhlükəli İnfeksiyalar şöbəsinin müdiri Ceyran Cəfərova deyib.

Onun sözlərinə görə, vaksinin ilk dozası müraciət günü, dişləmədən sonrakı 3-cü gün və sonuncusu 7-ci gündə vurulur. Şöbə müdiri bildirib ki, inkubasiya dövrü 1 ay, minimal dövr isə 10 gündür.

C.Cəfərova qeyd edib ki, vaksin vurulandan bir müddət sonra heyvan dişləməsi faktı olarsa həkim-cərrah məsləhəti ilə yenidən müalicə başlaya bilər: “Vaksin tam kurs (5 iynə, 3 iynə də bəs edir) edilərsə, bir il müddətinə qoruyur”.

Nazirlik rəsmisi həmçinin xatırladıb ki, Azərbaycana uzun illərdir quduzluğa qarşı Hindistan istehsalı olan vaksin gətirilir.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun