Tibbi xəbərlər
Respublika Psixiatriya Xəstəxanasında ölüm
Tibbi xəbərlər
360

Respublika Psixiatriya Xəstəxanasında ölüm

Maştağada yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasında 63 yaşlı kişi vəfat edib.

E-saglam.az Oxu.Az-a istinadən xəbər verir ki, 1961-ci il təvəllüdlü İlham Xasıyev bir müddətdir ki, xəstəxanada müalicə alırmış.

Respublika Psixiatriya Xəstəxanasından bildirilib ki, ilkin ehtimallara görə, vətəndaş kəskin ürək-damar çatışmazlığından vəfat edib.

"Hazırda məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Məhkəmə-tibbi ekspertizasının rəyi hazır olduqdan sonra, yəqin ki, istintaq orqanı bu barədə məlumat verəcək".

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun