Tibbi xəbərlər
Seçki günü məntəqələrdən təcili yardıma müraciət edənlərin
Tibbi xəbərlər
148

Seçki günü məntəqələrdən təcili yardıma müraciət edənlərin sayı açıqlanıb

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə seçki günü, sentyabrın 1-də seçki məntəqələrindən 11 nəfərin ümumi müraciəti qeydə alınıb.

E-saglam.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, müraciət edən şəxslərdən 7 nəfərə yerində yardım göstərilib, 1 nəfər isə tibb müəssisəsinə hospitalizasiya olunub. O cümlədən, 2 nəfər yardımdan imtina edib.

Müraciətlərin əsas səbəbi baş ağrısı, hipertenziya ilə bağlı olub.

Qeyd edək ki, Azərbaycan Respublikasının Milli Məclisinə təyin edilən növbədənkənar seçkilərdə təcili yardım xidməti gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun