Tibbi xəbərlər
Səhiyyə naziri elektron reseptlə bağlı
Tibbi xəbərlər
261

Səhiyyə naziri elektron reseptlə bağlı əhaliyə çağırış edib

Səhiyyə naziri Teymur Musayev elektron reseptlə bağlı əhaliyə çağırış edib.

E-saglam.az-ın məlumatına görə, nazir elektron reseptin vətəndaşın sağlamlığına dair lazım olan məlumatı özündə cəmləşdirdiyini və əlçatanlığı təmin edən platformaya çevriləcəyini bildirib.

Onun sözlərinə görə, elektron resept istər əczaçı, istərsə sıravi vətəndaş, istərsə də həmin resepti yazan tibb işçisi üçün vahid platformadır: “Tədricən elektron resept bütün kağız reseptləri əvəzləyəcək. Yazılan bütün reseptlər tibb işçisinin və vətəndaşın mobil telefonunda qorunub saxlanılacaq. Buradan çağırış edirəm ki, hər kəs mobil tətbiqi öz telefonuna yükləsin. Çünki hər kəs bu sistemdən faydalanacaq”.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun