Tibbi xəbərlər
Səhiyyə Nazirliyi: "Niasitol" dərman vasitəsi kimi qeydiyyatdan
Tibbi xəbərlər
289

Səhiyyə Nazirliyi: "Niasitol" dərman vasitəsi kimi qeydiyyatdan keçməyib və idxalına icazə verilməyib

"Niasitol" adlı preparat Dərman Vasitələrinin Dövlət Reyestrində qeydiyyatdan keçməyib və idxalına icazə verilməyib.

E-saglam.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən bildirilib.

Qeyd olunub ki, "Niasitol" adlı kimyəvi preparat baytarlıqda mal-qaranın dezinfeksiyasında istifadə edilir.

Xatırladaq ki, Göygöl rayonunun Balçılı kənd sakinləri, 1961-ci il təvəllüdlü qadın və üç azyaşlı dəqiqləşdirilməmiş dərman zəhərlənib. Onlardan biri, 2014-cü il təvəllüdlü uşağın həkiməqədər ölüm faktı qeydə alınıb.

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun