Tibbi xəbərlər
"Səhiyyə TV" 16 min manat
Tibbi xəbərlər
360

"Səhiyyə TV" 16 min manat cərimələndi

Peyk yayımı həyata keçirməyən platforma yayımçısı olan "Səhiyyə TV" kanalı cərimələnib.

E-saglam.az xəbər verir ki, bu barədə Audiovizual Şura məlumat yayıb.

Bildirilib ki, buna səbəb kanalın proqramlarının Şura tərəfindən aparılan monitorinqi zamanı "Reklam haqqında" Azərbaycan Respublikası Qanunun 4.3-cü maddəsinin tələbinin pozulması faktı ilə bağlıdır.

Belə ki, iyunun 7-də saat 20:00-da və 8 iyun 2024-cü il tarixdə saat 08:00-da kanalın efirində yayımlanmış tibb müəssisələrinin reklam çarxlarında həmin tibb müəssisələrinin lisenziyasının və ya sertifikatının nömrələri, verilmə tarixləri və onları verən orqanın adı göstərilməyib.

Qeyd edilib ki, Audiovizual Şura tərəfindən 2 protokol tərtib edilib və müvafiq məhkəməyə göndərilib. Məhkəmənin müvafiq qərarları ilə "Səhiyyə TV" MMC hər bir inzibati xəta üzrə 8 000 manat olmaqla ümumi 16 000 manat məbləğində cərimə edilib. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarlarını qüvvədə saxlamış və həmin qərarlar qanuni qüvvəyə minib.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun