Tibbi xəbərlər
Sumqayıt Tibb Mərkəzində vətəndaşlara bu il 2 milyondan çox
Tibbi xəbərlər
689

Sumqayıt Tibb Mərkəzində vətəndaşlara bu il 2 milyondan çox tibbi xidmət göstərilib

TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən Sumqayıt Tibb Mərkəzinə (Mərkəz) media-tur təşkil olunub.

E-saglam.az xəbər verir ki, Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanov media-tur zamanı bildirib ki, Sumqayıt Tibb Mərkəzinin nəzdində 7 ailə sağlamlıq mərkəzi, 7 xəstəxana, Perinatal Mərkəz və Stomatoloji poliklinika fəaliyyət göstərir:

“Tibb müəssisələrinin işinin daha optimal şəkildə qurulması, vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində ardıcıl tədbirlər görülür, müəssisələrin fəaliyyətində şəffaflığın artırılması, müasir tibbi texnologiyaların tətbiqi sahəsində addımlar atılır.

2023-cü il ərzində Mərkəz tərəfindən vətəndaşlara 4 milyon 600 minə yaxın xidmət göstərilib. 2024-cü ilin ilk 5 ayında vətəndaşlara 2 milyon 300 minə yaxın xidmət göstərilib. 

Beləliklə, ötən ilin müvafiq dövrü (1,817,629) ilə müqayisədə xidmət sayı 30 faizə yaxın artıb”.

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun