Tibbi xəbərlər
Türkiyədə kişi əməliyyatdan sonra
Tibbi xəbərlər
525

Türkiyədə kişi əməliyyatdan sonra ana dilini unutdu

Türkiyədə Konya şəhərinin 67 yaşlı sakini dizindən əməliyyat olunduqdan sonra ana dilini unudub və 10 ildən sonra ilk dəfə yalnız Danimarka dilində danışmağa başlayıb.

Bu barədə E-saglam.az "Anadolu" agentliyinə istinadla xəbər verir.

Məlumata görə, o, 20 il Danimarkada yaşayıb, sonra Türkiyəyə qayıdıb və təxminən 10 il əvvəl Konyada məskunlaşıb.

O, "beynimdə Danimarka dili var, amma türkcə heç nə deyə bilmirəm" deyib. Onu əməliyyat edən həkimlər yaxın gələcəkdə kişinin yenidən türkcə danışacağını proqnozlaşdırırlar. (oxu.az)

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun