Tibbi xəbərlər
ÜST meymunçiçəyinin yayılmasını məhdudlaşdıran vasitələri açıqlayıb
Tibbi xəbərlər
175

ÜST meymunçiçəyinin yayılmasını məhdudlaşdıran vasitələri açıqlayıb

Təhlükəsiz seksual davranış, yaxşı gigiyena, əllərin tez-tez yuyulması meymunçiçəyi virusunun yayılmasını məhdudlaşdırmağa kömək edir.

E-saglam.az xəbər verir ki, bu barədə ÜST nümayəndəsi Riçard Pibodi bildirib.

O, qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatı Afrika qitəsindən kənarda mövcud meymunçiçəyinin yayılmasının əhalinin təcili kütləvi peyvəndlənməsini tələb edəcəyinə inanmır.

"Biz əhalinin kütləvi peyvəndi istiqamətində fəaliyyət göstərmək vəziyyətində deyilik", - Pibodi deyib.

Təşkilat rəsmisi etiraf edib ki, xəstəliklə mübarizə üçün dərhal istifadə oluna bilən vaksinlərin və virus əleyhinə dərmanların tədarükü məhduddur./Report

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun