Tibbi xəbərlər
ÜST: Olimpiya Oyunlarında 40-dan çox idmançı
Tibbi xəbərlər
302

ÜST: Olimpiya Oyunlarında 40-dan çox idmançı COVID-19-a yoluxub

Parisdə keçirilən Olimpiya Oyunlarında 40-dan çox idmançı COVID-19-a yoluxub.

E-saglam.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi Mariya Fon Kerkov Cenevrədə keçirdiyi brifinqdə açıqlayıb.

Onun sözlərinə görə, dünyada COVID-19-a yoluxanların sayı durmadan artır.

"Son aylar ərzində mövsümdən asılı olmayaraq bir çox ölkələrdə COVID-19-a yoluxma hallarında artım qeydə alınıb. Həmçinin Olimpiya Oyunlarında ən azı 40 idmançının testi müsbət çıxıb”, - ÜST rəsmisi əlavə edib.(Report)

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun