Tibbi xəbərlər
Xəstə Psixiatriya xəstəxanasında döyülüb? -
Tibbi xəbərlər
328

Xəstə Psixiatriya xəstəxanasında döyülüb? - DİN-dən açıqlama

Sosial şəbəkələrdə 1 saylı Maştağa Psixiatriya xəstəxanasında pasientin döyüldüyü ilə bağlı görüntülər yayılıb.

“Qafqazinfo”nun məlumatına görə, həmin kadrları lentə alan xəstə yaxını iddia edir ki, atası sözügedən tibb müəssisəsində şiddət görüb.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov sorğumuza cavab olaraq bildirib ki, həmin şəxsin müalicə olunduğu xüsusi təyinatlı tibb müəssisəsində xəsarət alması ilə bağlı polisə məlumat daxil olub.

Məsələ ilə bağlı təhqiqat araşdırmaları aparılır.

Videonun həssas olduğunu nəzərə alaraq, həmin görüntüləri təqdim etmirik.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun